ABŞ-da 2025–2028-ci illərdə doğulan uşaqlar üçün xüsusi investisiya hesabları açılacaq.
Musavat.com xəbər verir ki, layihə barədə açıqlama verən Donald Tramp bildirib ki, bu təşəbbüs aztəminatlı ailələrdən olan uşaqların 18 yaşına qədər öz vəsaitlərini toplamasına şərait yaradacaq.
ABŞ Maliyyə Nazirliyi hər yeni doğulan uşağın hesabına 1000 dollar köçürəcək. Proqrama qoşulmaq üçün valideynlər və ya qəyyumlar müraciət etməlidirlər. Hesabdakı vəsaitlər fondların qiymətli kağızlarına yönləndiriləcək, əlavə ödənişləri isə ailə üzvləri və xeyriyyə təşkilatları edə biləcək.
Yeni sistem xüsusilə orta gəlirdən aşağı bölgələrə şamil olunur: proqramdan yararlana bilmək üçün uşağın yaşadığı ərazidə ev təsərrüfatlarının median gəliri ildə 150 min dollardan çox olmamalıdır. Bu göstərici ABŞ-dakı uşaqların təxminən 80 faizini əhatə edir.
Musavat.com






