İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşaqların təhlükəsizliyi üçün sosial mediaya sərt qaydalar gəlir

474 10.02.2026 17:35 Səhiyyə A A

Məlum olduğu kimi ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus İspaniya Baş naziri Pedro Sançezin gəncləri sosial medianın “zəhərli dünyasından” qorumaq çağırışını dəstəkləyib. O, platformaların uşaqların təhlükəsizliyi və sağlamlığını qoruyacaq şəkildə qurulmalı və idarə olunmalı olduğunu bildirib, real yaş məhdudiyyətlərinin tətbiqini vacib sayıb.

Qebreyesus vurğulayıb ki, problem təkcə sosial mediadan istifadədə deyil, onun asılılıq yaradan və zərərli dizaynındadır. Bu səbəbdən sosial medianın daha sərt tənzimlənməsi, hesabatlılığı və müstəqil nəzarətə cəlb edilməsi zəruridir.

Mövzu ilə bağlı Musavat.com-a danışan millət vəkili Fazil Mustafa qeyd edib ki, bu cür çağırışlar ciddiyə alınmalıdır və Azərbaycan da beynəlxalq təcrübədə tətbiq olunan bütün vasitələrdən istifadə etməlidir:

fazil_mustafa.jpg (132 KB)

“Burada hər dəfə yeni bir ideya kəşf etməyə ehtiyac yoxdur. Mühüm olan, artıq keçilmiş yolun və əldə olunmuş təcrübənin sistemsiz və ciddi şəkildə tətbiq edilməsidir. Uşaqları həm zərərli informasiya və vərdişlərdən, həm də sosial medianın zərərli platformalarından qorumaq üçün qabaqlayıcı tədbirlər son dərəcə önəmlidir. Əgər biz bunu vaxtında həyata keçirə bilməsək, son dövrlərdə məktəblərdə və digər ictimai yerlərdə baş verən hadisələrin doğru təhlilini aparmaq mümkün olmayacaq. Çünki zərərli təsirin uşaqlara necə yoluxduğunu və təhlükəsini ayırd etmək çox çətindir. Qumar, qeyri-əxlaqi hərəkətlər, ümumiyyətlə vəhşi təbiətli insan davranışları və intihara təşviq edən anlayışların qarşısını almaq üçün biz hər halda düşünməliyik ki, bunun qarşısını necə ala bilərik. Bu baxımdan beynəlxalq təcrübə bizim üçün çox dəyərli bir nümunə ola bilər.
Əslində, bu məsələləri vaxtaşırı müzakirə etmək həm dövlət, həm də cəmiyyət səviyyəsində çox vacibdir və beləliklə, optimal nəticələr əldə etmək mümkündür”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR