İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqton Avropanı Rusiya raketləri ilə qorxutdu

908 27.11.2025 21:27 Dünya A A

ABŞ prezidentinin nümayəndəsi Den Driskoll Avropanı Rusiyayla sülhə razı salmağa çalışarkən, Rusiyanın raket ehtiyatını artırdığını bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.

Qeyd olunur ki, Driskoll avropalı müttəfiqlərə həmin raketlərin həm Kiyevə qarşı, həm də Ukraynadan kənarda mümkün münaqişələrdə istifadə oluna biləcəyini deyib.

Bu həftə Driskoll ABŞ-ın sülh planını müzakirə etmək üçün Ukrayna, Cenevrə və Əbu-Dabidə danışıqlar aparıb. Sənədin ilkin variantı bir neçə media tərəfindən dərc olunmuşdu və Ukrayna üçün qəbuledilməz hesab edilən bəndlər daşıyırdı — ümumilikdə isə Rusiyanın mövqeyinə daha yaxın görünüb.

BBC xatırladır ki, ABŞ və Avropa rəsmiləri ilə məsləhətləşmələrdən sonra plan dəyişdirilib. Mətni ictimaiyyətə açıqlanmır, lakin müxtəlif mənbələrə görə, sənəddə indi Kiyevin maraqları daha çox nəzərə alınıb, ən çətin məqamlar isə ABŞ və Ukrayna prezidentlərinin müzakirəsinə buraxılıb.

NYT yazır ki, Driskollun rus raketləri barədə sözləri açıq şəkildə göstərib: “çözüm tez tapılmalıdır, çünki raket təhlükəsi artır və bu, Ukrayna üçün dağıdıcı zərbəyə, həmçinin münaqişənin sərhədlərindən kənara yayılmasına səbəb ola bilər”. Qəzetin mənbələrinə görə, avropalı diplomatlar raketlərin toplanması ilə bağlı xəbərdarlığı çox ciddi qəbul ediblər.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR