İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqton və Kiyev Ukraynanın 2027-ci ildə Aİ-yə üzvlüyünü danışır  

420 10.12.2025 14:47 Dünya A A

Vaşinqton və Kiyev Rusiya–Ukrayna müharibəsinin dayandırılması üzrə sülh planı çərçivəsində elə bir təklif müzakirə edirlər ki, bu təklifə əsasən, Ukrayna artıq 2027-ci ildə Avropa İttifaqına daxil ola bilər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə The Washington Post-un köşə yazarı Devid İqnatius yazıb.

O qeyd edir ki, Ukraynanın bu qədər sürətli şəkildə Aİ-yə üzvlüyü bəzi Avropa İttifaqı ölkələrini narahat edir. Lakin Donald Tramp administrasiyası Ukraynanın Aİ-yə qəbuluna qarşı çıxan Macarıstanın müqavimətini dəf edə biləcəyini hesab edir.

Gözlənilir ki, Aİ üzvlüyü Ukraynada ticarətin və investisiyaların inkişafına, eləcə də korrupsiyaya qarşı mübarizəyə töhfə verəcək.

Müzakirələrdə həmçinin “atəşkəs xətti boyunca” – Donetsk vilayətindən Xerson və Zaporojyeyə qədər – demilitarizasiya olunmuş zona yaradılması təklifi də yer alır. İqnatius yazır: “Bu demilitarizasiya olunmuş zonadan sonra daha dərin ikinci zona yerləşəcək və orada ağır silahlar qadağan olunacaq. Bu zona Şimali və Cənubi Koreyanı ayıran demilitarizasiya zonası kimi ciddi nəzarət altında olacaq”.

Onun məlumatına görə, müzakirə olunan digər ideyalardan biri də Zaporojye AES-in ABŞ-ın nəzarətinə verilməsidir.

ABŞ-ın 20 noyabrda KİV-də dərc olunan sülh planının ilk versiyasına əsasən, Ukrayna Konstitusiyada NATO-ya qoşulmayacağını təsbit edir, NATO isə öz növbəsində Ukraynanı gələcəkdə alyansa qəbul etməməyi öhdəsinə götürür. Bununla yanaşı, Ukrayna Avropa İttifaqına qoşulmaq hüququna malik olacaq. Həmin planın ilkin versiyasında həmçinin deyilirdi ki, Zaporojye AES MAQATE-nin nəzarəti altında işə salınacaq və istehsal olunan elektrik enerjisi Rusiya və Ukrayna arasında bərabər – 50-yə 50 bölünəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR