ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, Qrenlandiya ABŞ-ın raketdən müdafiə infrastrukturu baxımından kritik əhəmiyyət daşıyır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu bu barədə o, Fox News-a müsahibəsində danışıb:
“Qrenlandiya təkcə bizim milli təhlükəsizliyimiz üçün deyil, bütün dünyanın təhlükəsizliyi üçün kritik əhəmiyyətə malikdir. Raketdən müdafiə infrastrukturunun mühüm hissəsi qismən Qrenlandiyadan asılıdır”,-deyə o, qeyd edib.
Vitse-prezidentin sözlərinə görə, Danimarka ada üzərində lazımi səviyyədə təhlükəsizlik təmin edə bilməyib:
“Özünüzə sual verin: Avropa, xüsusən də Danimarka Qrenlandiyanın təhlükəsizliyini təmin etmək üçün yetərincə iş gördümü ki, o, dünya təhlükəsizliyinin və raketdən müdafiənin dayağı kimi fəaliyyətini davam etdirə bilsin? Cavab — qətiyyən yox. Onlar onun təhlükəsizliyinə kifayət qədər investisiya qoymayıblar, lazımi səviyyədə işləməyiblər.”
Vens əlavə edib: “Əgər siz 25 il əvvəl ağıllı bir iş görmüsünüzsə, bu, indi axmaq bir şey etməyəcəyiniz anlamına gəlmir. ABŞ prezidenti çox açıq şəkildə deyir: ‘Siz Qrenlandiyanın öhdəsindən gələ bilmirsiniz’.”
Vitse-prezidentdən ABŞ administrasiyasının Qrenlandiya ilə bağlı məqsədlərinə nail olmaq üçün nə qədər irəli getməyə hazır olduğu” soruşulub.
“Bu məsələ ilə bağlı son qərarı prezident verəcək. Biz Amerikanın maraqlarını qorumaq üçün nə lazımdırsa edəcəyik. Düşünürəm ki, prezident lazım olduğu qədər irəli gedəcək”, -deyə Vens cavab verib.
Musavat.com






