ABŞ BMT qətnaməsindən Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı ifadələrin çıxarılmasına çağırıb, lakin təşkilatın Baş Assambleyası düzəlişi rədd edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu, hərbi münaqişənin ildönümü ilə əlaqədar dünən qəbul edilmiş qətnaməyə aiddir. “Ukrinform”un xəbərinə görə, ABŞ nümayəndə heyəti Ukrayna da daxil olmaqla BMT üzv dövlətlərinin suverenliyi və ərazi bütövlüyü prinsipləri ilə bağlı müddəaların sənəddən çıxarılmasını təklif edib.
Baş Assambleya bu təklifi dəstəkləməyib. Düzəliş rədd edildikdən sonra ABŞ qətnamə üzrə yekun səsvermədən imtina edib.
“Bu ifadənin zəiflədilməsi və ya çıxarılması fundamental prinsiplərin müzakirə mövzusu olduğuna dair çox təhlükəli bir siqnal olardı”, - Ukrayna xarici işlər nazirinin müavini Mariana Betsa iclasda bildirib.
ABŞ-dan başqa, Çin də səsvermədən imtina edib.
Musavat.com






