İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqtonun gizli planı: ABŞ bazaları bir-bir bağlayır-İraq sərhəddinə doğru...

1511 24.02.2026 04:36 Dünya A A

ABŞ Suriyada hərbi mövcudluğunu mərhələli şəkildə azaltmağa başlayıb və bu proses bölgədə ciddi suallar doğurur.

Musavat.com xəbər verir ki, Amerika ordusu Həsəkə vilayətində yerləşən Kasrak bazasından qüvvələrin çıxarılmasına start verib.

Məlumata görə, onlarla yük maşını və zirehli texnika İraq sərhədi istiqamətində hərəkət edib. Bu, Vaşinqtonun Suriyadakı mövqelərini yenidən qiymətləndirdiyini göstərən ən açıq siqnallardan biri sayılır.

Təkcə Kasrak deyil. Son bir ay ərzində ABŞ qüvvələri Şəddadi və Ət-Tanf bazalarından da geri çəkilib. Bununla belə, Amerika hərbi varlığı tam dayandırılmayıb. Rumeilan, Xarəb əl-Cir və “Life Stone” bazalarında kontingent hələ də qalır.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR