İnsanlara hürriyət, millətlərə istiqlal!

"Vazgeni Xankəndidə sünnət edəcəm" - Polkovnikin heyrətamiz VİDEOsu yayıldı

1569 03.12.2025 09:56 Ölkə A A

1992-ci ilin Ağdərə döyüşlərindən yayılan bu görüntülər... - Şəmistan Əlizamanlının çəkdiyi unikal kadrlar

Musavat.com xəbər verir ki, sosial mediada 1-ci Qarabağ müharibəsinə aid çox nadir və tarixi əhəmiyyətli video yayılıb.

1992-ci ilin 26 sentyabrında Ağdərə istiqamətində çəkilmiş bu görüntülərdə tanınmış jurnalist Şəmistan Əlizamanlı ön xəttə gedərək əsgərlərlə döyüş şəraitində müsahibə aparır. Videoda səngərdəki real vəziyyət, cəbhə xəttinin gərginliyi və Azərbaycan əsgərlərinin əzmi aydın görünür.

Görüntülərdə diqqət çəkən əsas simalardan biri sovet ordusunun təcrübəli hərbi həkimi, tibb xidməti polkovniki, Tabasaran doğumlu Kürban Cəmiloviç Kurbanovdur (1937–2010). O, həmin günlərdə Ağdərə istiqamətində hərbi-səyyar hospital xidmətinin təşkili ilə məşğul olur, yaralıların yerindəcə xilas edilməsi üçün ön xəttə qədər irəliləyirdi. Onun keçdiyi həyat yolu – Əfqanıstan cəbhəsində xidmət, Çernobıl faciəsi dönəmində hospital rəhbərliyi, Bakıda hərbi tibb sisteminin qurulmasında iştirakı – həmin görüntülərdəki peşəkar və cəsarətli mövqeyini bir daha təsdiqləyir.

Musavat.com xəbər verir ki, videoda əsgərlərin yorğun, lakin qətiyyətli simaları, ağır döyüş şəraitinə baxmayaraq, iradəli dayanışları Azərbaycanın o dövrdə də kifayət qədər qəhrəman övladlara sahib olduğunu bir daha göstərir. Lakin bu kadrlar həm də acı bir həqiqəti xatırladır: 1990-cı illərin əvvəllərində Azərbaycanı müdafiə edən çoxsaylı qəhrəmanlar var idi, amma onların arxasında, yanında güclü dövlət, sistemli ordu və peşəkar komandanlıq yox idi.

Məhz buna görə, həmin dövrdə ön xətdə döyüşən yüzlərlə igidin cəsarəti mütəşəkkil dəstək, koordinasiya və vahid komandanlıq olmadığından lazımi nəticəni verə bilməmişdi.

Tarixi paralel isə çox aydındır:

— 1-ci Qarabağ müharibəsində qəhrəman çox idi, amma onları qələbəyə aparacaq dövlət mexanizmi yox idi.
— 2-ci Qarabağ müharibəsində isə həm qəhrəmanlar vardı, həm də onların arxasında güclü dövlət, nizami ordu və qətiyyətli Ali Baş Komandan vardı.

44 günlük Zəfər müharibəsinin nəticəsi bunun ən bariz sübutudur: sistemli dövlət idarəçiliyi, modern ordu strukturu və Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi Azərbaycan əsgərinin qəhrəmanlığını qələbəyə çevirən əsas amillər oldu.

1992-ci ilin bu nadir görüntüləri həm tariximizin ağrılarını, həm də Azərbaycan əsgərinin nə qədər yenilməz olduğunu göstərən sənədli şahidlikdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR