İnsanlara hürriyət, millətlərə istiqlal!

Venesuela-ABŞ arasında gərginlik PİK HƏDDƏ - Yaxın saatlarda...

716 18.12.2025 15:16 Siyasət A A

Venesuela-ABŞ arasında mümkün qarşıdurma riski artıq pik həddə yaxınlaşıb. İş o yerə çatıb ki, Nikolas Madura hökuməti neft məhsulları daşıyan tankerlərin müşayiəti üçün hərbi gəmilərini dənizə çıxarıb. Artıq proseslərə Beynəlxalq Millətlər Təşkilatı qarışıb və hər iki tərəfə də çağırış edib.

“BMT Baş katib Antonio Quterreşin diqqəti ABŞ-la Venesuela arasında vəziyyətin hər hansı bir şəkildə gərginləşməsinin qarşısını almağa yönəlib”.

Modern.az-ın məlumatına görə, bu sözləri BMT-nin sözçüsünün müavini Fərhan Haq açıqlayıb. O bildirib ki, tərəflər BMT Xartiyasına əməl etməlidirlər: “Biz hər hansı bir gərginləşdirici addımın qarşısını almaq istəyirik. Bu mərhələdə diplomatik əlaqələri davam etdirmək, dialoq və dinc yolla irəliləmək vacibdir”.

O bildirib ki, Quterreş vəziyyəti çox yaxından izləyir və müvafiq tərəflərlə əlaqə saxlayır.

ABŞ Maduronu bu dəfə devirə biləcəkmi?

Afsəddin Nəbiyev: “Ermənilərin qayıdış haqqında iddiaları daxili işə  qarışmaqdır” - Azərbaycan Milli İstiqlal Partiyası

Afsəddin Nəbiyev

AMİP sədrinin müavini, politoloq Afsəddin Nəbiyev Musavat.com-a dedi ki, gərginlik olsa da, bunun müharibəyə çevrilmə ehtimalları çox aşağıdır: “Son çağırışlar beynəlxalq təşkilatın regionda artan gərginliyinin həddən artıq ciddi olduğundan xəbər verir. BMT rəsmisinin “diplomatik əlaqələri davam etdirmək, dialoq və dinc yolla irəliləmək vacibdir” çağırışı hazırkı mərhələdə beynəlxalq ictimaiyyətin əsas prioritetinin müharibənin qarşısını almaq olduğunu göstərir. Mövcud məlumatlar göstərir ki, BMT açıq şəkildə tərəfləri təmkinə çağırır və hərbi eskalasiyanın qarşısını almağa çalışır. Beynəlxalq təşkilatların bu cür ardıcıl çağırışları adətən genişmiqyaslı müharibə riskinin artdığı dövrlərdə edilir, lakin eyni zamanda diplomatik kanalların hələ də işlək olduğunu göstərir".

Politoloqun sözlərinə görə, regionda baş verən insidentlər gərginliyin yüksək olduğunu təsdiqləsə də, hazırkı mərhələdə beynəlxalq aktorların fəal mövqeyi genişmiqyaslı müharibə ehtimalını azaldan əsas amil kimi qiymətləndirilə bilər: "Hazırda müharibə ehtimalı tam istisna edilməsə də, BMT və digər beynəlxalq qurumların çağırışları göstərir ki, diplomatik proses hələ də əsas xətt kimi saxlanılır. Gərginlik yüksək olaraq qalır, lakin beynəlxalq təzyiq və dialoq kanallarının açıq olması genişmiqyaslı hərbi toqquşmanın qarşısını alan mühüm faktor olduğu üçün müharibə ehtimalı azdır. Adətən belə münaqişələr böyüyərək daha geniş coğrafiyanı əhatə etdiyindən, müharibəni başlamadan ortaq maraqlar çərçivəsində həll etmək dünyada sülhə və təhlükəsizliyə böyük töhvə verir. Bu baxımdan hesab edirəm ki, gərginlik olsa belə genişmiqyaslı müharibə olmayacaq. Məntiqi olaraq bu gərginliyin fonunda əsas tutarlı fakt ondan ibarətdir ki, ABŞ-ın hazırkı prezidenti Donald Tramp dünyada sülhü təbliğ etməklə münaqişəli vəziyyətində olan ölkələrdə sülhə töhvə verdiyini də nəzərə alsaq deyə bilərik ki, gərginlik olacaq ancaq müharibə olmayacaq”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR