Musavat.com xəbər verir ki, Venesuela hakimiyyəti ABŞ-ın ölkəyə qarşı “davam edən aqressiyası” ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını istəyib.
Rəsmi Karakasın müraciətində bildirilir ki, Vaşinqtonun atdığı addımlar Venesuelanın suverenliyinə və milli təhlükəsizliyinə ciddi təhdid yaradır. Hakimiyyət bu məsələnin beynəlxalq səviyyədə müzakirə olunmasını zəruri hesab edir.
Məsələ ABŞ prezidenti Donald Trampın Venesuelaya qarşı blokada tətbiq edildiyini açıqlamasından sonra gündəmə gəlib.
Musavat.com






