İnsanlara hürriyət, millətlərə istiqlal!

Xamenei ilə bağlı ŞOK İDDİA yayıldı

6123 24.01.2026 21:48 Dünya A A

İranın ali dini lideri Ayətullah Əli Xameneinin mümkün ABŞ hücumu ilə bağlı artan təhlükəsizlik riskləri fonunda yeraltı sığınacağa köçürüldüyü iddia olunur.

Musavat.com xəbər verir ki, bu barədə İran Beynəlxalq Təşkilatı məlumat yayıb.

Məlumata görə, son günlər Yaxın Şərqdə gərginliyin sürətlə artması, ABŞ və İsrailin İrana qarşı mümkün hərbi əməliyyat ssenarilərinin müzakirə olunması Tehranda təhlükəsizlik tədbirlərinin maksimum səviyyəyə qaldırılmasına səbəb olub. Xüsusilə strateji obyektlərin, hərbi bazaların və ali rəhbərliyin qorunması ilə bağlı fövqəladə rejim tətbiq edildiyi bildirilir.

İddialara əsasən, Xameneinin yerləşdirildiyi yeraltı sığınacaq xüsusi mühafizə sistemləri ilə təchiz olunub və hava zərbələrinə qarşı davamlı infrastruktura malikdir. Paralel olaraq, Tehranda və ölkənin bir sıra iri şəhərlərində hava hücumundan müdafiə sistemləri gücləndirilib, təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Rəsmi Tehran bu məlumatları hələlik təsdiqləməsə də, İran rəsmilərinin son açıqlamalarında “ölkənin hər cür təhdidə hazır olduğu” və “istənilən hücuma sərt cavab veriləcəyi” xüsusi vurğulanır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR