İnsanlara hürriyət, millətlərə istiqlal!

Xameneidən Putinə SENSASİON TƏKLİF - Laricani Kremlə bu mesajı ÇATDIRDI

1929 03.02.2026 09:59 Son xəbər A A

İran gərginliyin azaldılması məqsədilə nüvə proqramının dayandırılması və ya bağlanması imkanını nəzərdən keçirir.

Bununla belə, Tehran ABŞ-ın dəstəyi ilə nüvə energetikası sahəsində regional konsorsiumun yaradılmasını nəzərdə tutan planı üstün tutur.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” nəşri yazır.

Nəşrin məlumatına görə, İranın ali rəhbəri Ayətullah Əli Xameneinin mesajını yaxın vaxtlarda Əli Laricani Rusiya prezidenti Vladimir Putinə çatdırıb.

Mesajda Tehran 2015-ci il razılaşmasının modelinə uyğun olaraq zənginləşdirilmiş uranın Rusiyaya daşınmasını təklif edib.

Bu arada ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İranla danışıqlar apardığını bəyan edib.

“Əgər razılığa gələ bilsək, bu, əla olardı. Əks təqdirdə, çox güman ki, pis şeylər baş verəcək”, - deyə Tramp bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR