İnsanlara hürriyət, millətlərə istiqlal!

Xandanyandan Türkiyə-Ermənistan münasibətləri ilə bağlı AÇIQLAMA

803 19.11.2025 12:19 Siyasət A A

İstanbulda səfərdə olan erməni deputat Sarkis Xandanyan Türkiyə ilə münasibətlərin normallaşması prosesinə optimist yanaşdığını bildirib.

Musavat.com “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə o, İstanbulda ATƏT Parlament Assambleyasının iclasında bildirib.

Xarici əlaqələr komitəsinin rəhbəri olaraq, o, aparılan danışıqların tezliklə müsbət nəticələr verəcəyinə ümid etdiyini vurğulayıb.

Parlamentin mətbuat xidməti bildirir ki, deputat hazırkı mərhələni “konstruktiv və aktiv siyasi dialoq” adlandırıb.

Xandanyan hesab edir ki, bu dialoq yaxın gələcəkdə sərhədlərin açılmasına və əməkdaşlığın genişlənməsinə yol açacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR