İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzərdə ƏMƏLİYYAT: İki rus gəmisi VURULDU, Ərdoğanla Putin nələr danışdı?

707 12.12.2025 16:07 Gündəm A A

Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri Xəzər dənizində hərbi texnika və silah daşıyan iki Rusiya gəmisinin zərərsizləşdirilməsi üzrə xüsusi əməliyyat keçirib. Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri məlumat yayıb.

Xüsusi əməliyyatın “Qara Qığılcım” Hərəkatı (“Çernaya İskra”) ilə əməkdaşlıq şəraitində həyata keçirildiyi deyilir.

“Zərər vurulan gəmilər arasında “Kompozitor Raxmaninov” və “Askar-Sarıca” var. Bu gəmilər Rusiya tərəfindən hərbi məqsədlərlə istifadə olunur və İranla Rusiya arasında hərbi yüklərin daşınmasında iştirak etdiklərinə görə ABŞ sanksiyaları altındadır”, - məlumatda qeyd olunur.

Bildirilir ki, Ukrayna Xüsusi Əməliyyat Qüvvələri Rusiya ordusunun hücum qabiliyyətinin zəiflədilməsi üçün asimmetrik tədbirlər görməyə davam edir.

Xatırladaq ki, Ukrayna Təhlükəsizlik Xidmətinin “Alfa” xüsusi əməliyyat mərkəzi dünən Rusiyanın “Lukoyl-Nijnevoljskneft” şirkətinə məxsus Filanovski neft hasilatı platformasına da PUA-larla zərbələr endirib, hücumdan sonra onlarla quyuda neft hasilatı dayandırılıb.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Azad Vətən Partiyasının sədri Akif Nağı ilə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR