Abşeron rayonunda 17 yaşlı yeniyetmənin həmyaşıdları tərəfindən döyülməsi ilə bağlı polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Musavat.com-a bildirib ki, zərərçəkən şəxs valideynləri ilə birgə polis idarəsinə dəvət edilərək izahatı alınıb.
Qeyd edək ki, Xırdalanda bir qrup məktəblinin dalaşması ilə bağlı sosial şəbəkədə videogörüntü yayılıb.






