İnsanlara hürriyət, millətlərə istiqlal!

Xoşqədəm Hidayətqızından “Survivor”da yarışan Doğuşa dəstək

4230 31.01.2026 13:03 Ölkə A A

Teleaparıcı Xoşqədəm Hidayətqızı “Survivor”da yarışan həyat yoldaşı, müğənni Doğuşa ünvanladığı duyğusal paylaşımı ilə diqqət çəkib.

Musavat.com bildirir ki, Xoşqədəm Hidayətqızı sosial şəbəkədə ailə fotolarını paylaşaraq, qeyd edib:

"Sən Orxan adıyla uşaq evinə düşdün, amma Doğuş olaraq yenidən doğuldun. Səninlə qürur duyuruq. Uşaq evlərində, küçələrdə tək və tənha mübarizə apardın. Bəzi analı-atalı uşaqlardan fərqli olaraq, taleyini öz əllərinlə yazdın, özünü yaratdın, adını dünyaya tanıtdın. Kimsəsiz bir uşağın uğur dolu hekayəsini tarixə çevirdin. Yüzlərlə hit mahnınla milyonların qəlbini fəth etdin. Bir çoxlarının bacarmadığını bacardın.

Sən mərhəmətli, vicdanlı və böyük qəlbli bir insansan. Biz – sənin ailən, səni çox sevirik. Bəli, sənin üçün darıxırıq, səninlə birlikdə həyəcanlanır, bəzən əsəbiləşirik, amma bir şeyi heç vaxt unutma: Biz hər zaman sənin yanındayıq".

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR