“Bizim danışmağımıza icazə yoxdur. Ona görə nəsə deyə bilmərəm. Bütün detalları vəkilimiz ictimaiyyətə çatdırıb”.
Musavat.com bildirir ki, bu haqda Doğuşun vəkili Feyza Altun məlumat verib.
Vəkil bildirib ki, Türkiyənin "Show TV" telekanalında yayımlanan Didem Arslan Yılmazın aparıcısı olduğu proqramda müğənni Doğuşun şəxsi həyatına qarşı böhtan və təhqiramiz hücumların yer alması səbəbilə açılan mənəvi təzminat iddiası məhkəmə tərəfindən təmin edilib. Məhkəmə qərarı əsasında ayrılan mənəvi təzminat məbləği isə Doğuş tərəfindən "Xərçəngsiz Həyat Dərnəyi"nə bağışlanacaq.

Musavat.com






