Məlum olduğu kimi, cəmiyyətdə efirlərlə bağlı səslənən tənqidlərdən sonra bir sıra verilişlərin yayımı dayandırılıb. Bundan əlavə, bəzi müğənnilərin efirə çıxışının qadağan olunması ilə bağlı iddialar da yayımlanıb.
Məsələyə tanınmış şəxslər də reaksiya verib.
Musavat.com bildirir ki, tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bu məsələyə sevinclə yanaşdığını qeyd edib:
“Bir neçə saat əvvəl gözəl xəbərlər yayıldı, qadağada olan insanların siyahısı açıqlanıb. Bu siyahını tərtib edən insanlara təşəkkürümü bildirirəm. Amma yaddan çıxan, siyahıya daxil edilməyən bayağı, Azərbaycan televiziyasını və zövqləri korlayan, danışığını bilməyə müğənnilər var. Bir Azərbaycan vətəndaşı və musiqiçi kimi onları da bu siyahıya əlavə etməyinizi xahiş edirəm. Ümidvaram ki, səsimizi eşidəcəksiniz".
Xalidə Gəray,
Musavat.com






