İnsanlara hürriyət, millətlərə istiqlal!

Yanvar-mart aylarında 11,5 min şəxsə əlillik təyin olunub

674 15.04.2026 16:39 Ölkə A A

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin I rübü ərzində 11.5 min şəxsə əlillik təyin edilib.

Musavat.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Onlardan 5.3 min şəxsə ilkin, 6.2 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR