Son illər dünyada uşaq ölümlərinin sayı artıb. Bu qorxunc tendensiya erkən doğum nəticəsində dünyaya gələn uşaqlar arasında özünü daha qabarıq şəkildə göstərir.
37 həftədən tez baş tutan doğum erkən doğum sayılır. Həmin uşaqların ağciyəri və ürəyi tam formalaşsa da, bağırsaq sistemi öz funksiyasını ideal şəkildə yerinə yetirə bilmir. Buna görə də bu kateqoriyaya daxil olan uşaqlar 5 yaşıa kimi risk qrupuna aid edilirlər. Digər həmyaşıdları ilə müqayisədə onların xəstələnmək ehtimalı ikiqat yüksəkdir.
Uşaq xəstəlikləri üzrə uzman doktor Reyhan Tamer bildirib ki, erkən doğum nəticəsində dünyaya gələn uşaqların valideynləri xüsusilə diqqətli olmalıdırlar. Həkimin sözlərinə görə, belə uşaqların orqanizmi həssas olduğu üçün onlar həmyaşıdlarından daha tez virusa yoluxurlar. "Erkən doğulan uşaqların ən azı 5 yaşı tamam olana kimi qripə yoluxmuş şəxslərlə ünsiyyəti yolverilməzdir", - həkim deyib.
Mütəxəssis siqaret çəkən valideynlərin azyaşlı övladlarının səhhəti üçün ciddi təhlükə mənbəyi olduğunu vurğulayıb. Onun sözlərinə görə, valideynlərin balkonda siqaret çəkməsi təhlükəni tamamilə ortadan qaldırmır: "Siqaretin qoxusu paltara hopur və ünsiyyət zamanı uşaqlara ötürülür".
Mütəxəssis valideynlərə azyaşlı övladlarını 3, ən gec 6 aydan bir həkim müayinəsindən keçirməyi tövsiyə edib./Metbuat.az






