İnsanlara hürriyət, millətlərə istiqlal!

Yenə problem yarandı - Saytlara giriş dayandırıldı

835 05.12.2025 14:13 Ölkə A A

Bu gün "Cloudflare"in qlobal infrastrukturunda müşahidə olunan fasilələr nəticəsində ölkəmizdə "Cloudflare"xidmətindən istifadə edən bir çox veb resurslarında müvəqqəti dayanma baş verib.

Musavat.com xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Bildirilir ki, dayanmalara səbəb kimi "Cloudflar"in son günlərdə "Aisuru botnet" tərəfindən həyata keçirilən rekord həcmli DDoS hücumlarını dəf etməsi ilə əlaqəli yük artımı göstərilir.

Şirkət hücumları neytrallaşdırsa da, qlobal trafikdə yaranan dalğalanmalar bəzi lokal resursların əlçatanlığında qısamüddətli problemlərə səbəb olub.

Hazırda xidmətlər tam bərpa edilib və sabit fəaliyyət göstərir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR