İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni dələduzluq növünü açıqladı: "Saxta mesaj yazıb..." FOTO

770 17.06.2026 11:22 Şou-biznes A A

Müğənni Nura Suri dələduzların yeni üsulunu ifşa edib.

Musavat.com xəbər verir ki, sənətçi xarici nömrədən ona mesaj göndərildiyini bildirib.

Mesajda guya yol hərəkəti qaydalarını pozduğu və buna görə cərimə borcunun yarandığı qeyd olunub.

Nura Suri həmin mesajın görüntüsünü paylaşaraq vətəndaşları diqqətli olmağa çağırıb.

"Dələduzlara aldanmayın. Xarici nömrələrdən göndərirlər", - deyə müğənni paylaşımında vurğulayıb.

Qeyd edək ki, son vaxtlar müxtəlif xarici nömrələrdən göndərilən saxta mesajların sayı artıb. Mütəxəssislər vətəndaşlara bu cür mesajlardakı keçidlərə daxil olmamağı və şəxsi məlumatlarını paylaşmamağı tövsiyə edirlər.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR