Livanın ABŞ-dakı səfirliyi Hizbullah-ın İsrailin Beyrutun cənub ətrafına zərbə endirməməsi müqabilində şimali İsraili atəşə tutmağı dayandırmağa razı olduğunu açıqlayıb.
Musavat.com xəbər verir ki, məlumat Livan Prezident Aparatı tərəfindən yayılan bəyanatda yer alıb:
"Livan hakimiyyəti Hizbullah-ın ABŞ-ın qarşılıqlı hücumları dayandırmaq təklifini qəbul etmək barədə razılığının təsdiqini alıb. Razılaşmaya əsasən, İsrail paytaxtın cənub ətrafına hücumlardan, Hizbullah isə yəhudi yaşayış məntəqələrini atəşə tutmaqdan çəkinəcək."
Səfirliyin bəyanatında atəşkəsin bütün Livana şamil ediləcəyi vurğulanıb: "ABŞ prezidenti Donald Tramp Livanın Vaşinqtondakı səfiri Nada Hammad-e-Moavvadla əlaqə saxlayaraq ona İsrailin baş naziri Netanyahunun tərəflər arasında təklif etdiyi atəşkəsə razılıq verdiyini bildirib".
Livan səfiri təsdiqləyib ki, Livan-İsrail danışıqlarının dördüncü raundu 2-3 iyun tarixlərində Vaşinqtonda keçiriləcək və orada "əldə edilən irəliləyiş müzakirə olunacaq".
Musavat.com






