İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni qayda: tətil vaxtı şagird valideynləri evdən...

633 15.02.2026 20:20 Dünya A A

Rusiyada Dövlət Dumasında ibtidai sinif şagirdlərinin valideynlərinə məktəb tətilləri dövründə məsafədən işləmək imkanı verilməsi təklif olunub.

Musavat.com xəbər verir ki, deputatların fikrincə, bu dövrdə valideynlər eyni anda həm uşağın təhlükəsizliyini və məşğuliyyətini təmin etməli, həm də işdə məhsuldarlığı qorumalı olur.

Bunun isə gəlirin azalmasına, stress səviyyəsinin artmasına və ailə həyatına mənfi təsir göstərdiyi bildirilir. Xüsusilə tək valideynlər və qohum dəstəyi olmayan ailələr üçün vəziyyətin daha ağır olduğu vurğulanır.

Parlamentarilər hesab edir ki, tətil dövründə rəsmi şəkildə məsafədən işləmək hüququnun verilməsi uşaqların nəzarətsiz qalmamasına və valideynlərin iş yerlərini itirməməsinə kömək edə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR