Musavat.com xəbər verir ki, Ukrayna mediasının məlumatına görə, vəzifəsindən gedən Ukrayna Prezident Aparatının keçmiş rəhbəri Andrey Yermak yaxın zamanda rəsmi şəkildə korrupsiya işi üzrə şübhəli elan ediləcək.
Nəşrlər yazır ki, Yermaka qarşı rəsmi ittiham (şübhə bildirişi) irəli sürülməsi gözlənilir.
İddiaya görə, anti-korrupsiya orqanlarının apardığı araşdırmalar nəticəsində Yermakın adının yeni cinayət işi çərçivəsində hallandırılması qaçılmaz görünür.
Musavat.com






