Rusiyanın Amur vilayətinin Romnenski bələdiyyə dairəsində yoxa çıxan şəxsi "Robinson" helikopterinin axtarışları başa çatıb.
Bu barədə Amur vilayəti hökuməti Teleqram kanalında məlumat yayıb.
Xilasedicilər qəza yerində 3 şəxsin cəsədini aşkar ediblər.
Məlumata görə, helikopter ağac emalı sahəsinin yaxınlığındakı ucqar ərazidə tapılıb./Milli.az






