İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaluijnı Kiyevə qayıtmır: səfir postunu tərk etməsi ilə bağlı iddialar təkzib edildi

496 29.12.2025 17:20 Dünya A A

Ukraynanın Böyük Britaniyadakı səfiri, Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı Valeriy Zaluijnının yaxın vaxtlarda vəzifəsini tərk edərək Kiyevə qayıdacağı ilə bağlı yayılan məlumatlar təsdiqini tapmayıb.

Musavat.com xəbər verir ki, Zaluijnının media üzrə müşaviri Oksana Torop mətbuata açıqlamasında bu iddiaları təkzib edib. Onun sözlərinə görə, yanvarın əvvəlində səfir postundan ayrılma və Kiyevə dönüş barədə yayılan xəbərlər reallığı əks etdirmir.

“Adı açıqlanmayan mənbələr, adətən, Zaluijnının bütün planlarını bilir. Amma heç nə dəyişməyib. O, Böyük Britaniyada səfir kimi Ukraynanın maraqlarını müdafiə etməyə davam edir”, – deyə Torop Ukrayinska "Pravda" nəşrinə bildirib.

Beləliklə, rəsmi açıqlamaya əsasən, Böyük Britaniyada səfir kimi fəaliyyət göstərən Valeriy Zaluijnının yaxın dövrdə Kiyevə qayıtması və ya vəzifə dəyişikliyi gündəmdə deyil.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR