İnsanlara hürriyət, millətlərə istiqlal!

ZARA-nın "ölüm şalvarı" gündəm oldu - ŞOK VİDEO

711 17.07.2026 14:38 Dünya A A

Zara mağazalarında "Flowy Wide Leg Pants" adı ilə satışa çıxarılan enli balaqlı şalvarlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Musavat.com-un xəbərinə görə, istifadəçilər iddia edirlər ki, yerə qədər uzanan balaqlar yeriyərkən ayaqlara dolaşdığı üçün yıxılma və müxtəlif xəsarətlərə səbəb olur.

Bu səbəbdən model sosial mediada "Zara death pants" ("Zara-nın ölüm şalvarı") adı ilə tanınmağa başlayıb. Xüsusilə TikTok platformasında minlərlə istifadəçi həmin şalvarla yıxıldıqlarını əks etdirən videolar paylaşıb. Məzmun istehsalçıları Jessica Pearce, Camila Ribera Roca və Holly Gilmerin videoları milyonlarla baxış toplayıb. Paylaşımlarda göyərmələr, sıyrıqlar, diz zədələri və digər xəsarətlər diqqət çəkir. Jessica Pearce iyulun 1-də paylaşdığı videoda şalvarla yeriyərkən üzü üstə yıxıldığı anları göstərərək, "Bu Zara şalvarları həqiqətən təhlükəlidir", - deyə bildirib.

Digər bloqer Camila Ribera Roca isə səkidə yeriyərkən yıxıldığını və dirsəyinin qanadığını əks etdirən görüntüləri "Zara şalvarlarının daha bir qurbanı" qeydi ilə paylaşıb. Video qısa müddətdə 1,2 milyondan çox baxış toplayıb. Holly Gilmer isə bu modeldə xəbərdarlıq etiketinin olmalı olduğunu bildirərək, şalvar səbəbindən dizində sınıq yarandığını iddia edib. O, əvvəlcə axsayaraq yeridiyini, daha sonra isə xəstəxanadan əlil arabasında çıxdığını əks etdirən görüntüləri izləyiciləri ilə bölüşüb.

Ən ciddi hadisələrdən biri Kanadanın Toronto şəhərində yaşayan 50 yaşlı Ellin Kostanın başına gəlib. O, CBC News-a açıqlamasında şalvar səbəbindən yıxıldığını, topuq sümüyünün sındığını, üz nahiyəsindən xəsarət aldığını və altı həftə gipsdə qalacağını bildirib. Costa bu modelin satışdan çıxarılmasının vacib olduğunu da qeyd edib.

Sosial şəbəkələrdə yayılan digər görüntülərdə isə şalvarın eskalatora və ya velosipedin zəncirinə ilişməsi nəticəsində təhlükəli vəziyyətlərin yarandığı əks olunub.

Moda mütəxəssisləri bildirirlər ki, problem yalnız Zara brendinə aid deyil. Onların sözlərinə görə, yerə qədər uzanan və həddindən artıq enli balaqlı şalvarlar markasından asılı olmayaraq yeriyərkən ayaqlara dolaşa və yıxılma riskini artıra bilər. Buna baxmayaraq, bu tip şalvarlar mövsümün ən populyar dəb trendlərindən biri olaraq qalır.

Qeyd edək ki, Zara şirkəti məsələ ilə bağlı beynəlxalq KİV-in sorğularını hələlik cavablandırmayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR