İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski liderlərlə təhlükəsizlik və diplomatiyanı müzakirə etdi

423 08.12.2025 22:00 Dünya A A

Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Britaniyanın baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Xristian Demokrat İttifaqının lideri Fridrix Merslə danışıqların əsas məqamlarını açıqlayıb.

Zelenskinin sözlərinə görə, tərəflər bu gün ABŞ-la birgə diplomatik iş, təhlükəsizlik zəmanətlərinin vacibliyi, ölkənin bərpası və sonrakı inkişaf mərhələləri ilə bağlı ümumi mövqeləri razılaşdırıblar.

Prezident bildirib ki, tərəfdaşlarla koordinasiya Ukraynanın müdafiəsi və gələcək təhlükəsizliyi üçün açar rol oynayır. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR