İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: Savaş Rusiyaya 10 milyard dollar qazandırıb

698 16.03.2026 01:41 Dünya A A

Ukrayna Prezidenti Volodimir Zelenski CNN-ə müsahibəsində bildirib ki, İran ətrafında yaranan münaqişə fonunda neftin bahalaşması Rusiyanın gəlirlərini ciddi şəkildə artırıb. Onun sözlərinə görə, təkcə son iki həftədə Moskva bu artımdan təxminən 10 milyard dollar qazanıb.

Musavat.com xəbər verir ki, Zelenski Rusiyanın 2026-cı il üçün büdcə kəsirinin 100 milyard dolları aşdığını da vurğulayıb. O qeyd edib ki, sanksiyaların yumşaldılması Kremlə müharibəni maliyyələşdirmək üçün əlavə imkanlar yaradır.

Ukrayna lideri ABŞ-ni Moskvaya qarşı təzyiqləri daha da gücləndirməyə çağırıb. Onun fikrincə, Rusiyanın maliyyə resurslarının məhdudlaşdırılması müharibənin davam etməsinin qarşısını almaq baxımından həlledici əhəmiyyət daşıyır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR