İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski xəbərdarlıq etdi: Rusiya diplomatiyanı deyil, qışı və ballistik hücumları seçir

334 08.01.2026 21:14 Dünya A A

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hazırkı mərhələdə diplomatik proseslərə deyil, qış mövsümünə və Ukraynanın enerji infrastrukturuna qarşı ballistik zərbələrə üstünlük verdiyini bildirib.

Musavat.com xəbər verir ki, Zelenski bu fikirləri axşam saatlarında xalqa müraciəti zamanı səsləndirib. Onun sözlərinə görə, Moskva qışı əsas silaha çevirərək Ukraynanın enerji sistemini iflic vəziyyətinə salmağa çalışır və bu yanaşma danışıqlardan yayınmağın açıq göstəricisidir.

Ukrayna lideri vurğulayıb ki, mövcud vəziyyəti dəyişmək üçün yeganə yol Rusiyaya qarşı təzyiqin artırılması və Ukraynaya beynəlxalq dəstəyin gücləndirilməsidir. O qeyd edib ki, ABŞ-la aparılan danışıqlarda Ukrayna nümayəndə heyəti konstruktiv mövqe nümayiş etdirib.

Zelenskinin sözlərinə görə, indi əsas məsələ Amerika tərəfinin Rusiyadan konkret cavablar almasıdır: Moskva müharibəni bitirməyə həqiqətən hazırdırmı, yoxsa vaxt udmağa çalışır. Prezident əlavə edib ki, yalnız yetərli və davamlı təzyiq Rusiyanı real qərarlar verməyə məcbur edə bilər. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR