İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən dünya gündəmini sarsıdan "Üçtərəfli format" anonsu: Rusiya və ABŞ bir masada

939 21.02.2026 17:59 Dünya A A


Ukrayna Prezidenti Volodimir Zelenski ilə NATO-nun Baş katibi Mark Rütte arasında keçirilən görüşdə müharibənin taleyini dəyişdirə biləcək diplomatik addımlar müzakirə olunub.

Musavat.com xəbər verir ki, Zelenski sülh prosesi ilə bağlı ilk dəfə olaraq sensasion "üçtərəfli format" planını açıqlayıb.

Prezident Zelenski görüşdən sonra verdiyi bəyanatda bütün əsas diplomatik məsələlər üzrə mövqelərin uzlaşdırıldığını bildirib: "Mən Amerikanın və Rusiyanın iştirakı ilə hazırlanan növbəti üçtərəfli format barədə məlumat verdim. Tərəflərin mövqelərində baş verə biləcək mümkün dəyişikliklərlə bağlı əlimizdə olan məlumatları bölüşdüm".

Söhbət zamanı yalnız sülh danışıqları deyil, həm də Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi diqqət mərkəzində olub. Zelenski Rütte ilə energetika məsələlərini və NATO-nun PURL (Ukraynanın prioritet ehtiyacları siyahısı) proqramı çərçivəsində görülən işlərin əhəmiyyətini müzakirə etdiyini vurğulayıb.

Zelenskinin Rusiya və ABŞ-ın iştirakı ilə üçtərəfli danışıqlardan danışması, Kiyevin artıq Moskva ilə birbaşa və ya dolayı təmaslar üçün konkret platformalar üzərində işlədiyini göstərir. Bu bəyanat, xüsusilə cəbhədəki gərginlik fonunda sülhə doğru atılan ən ciddi addımlardan biri kimi qiymətləndirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR