İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən İrana SENSASİON XƏBƏRDARLIQ: "Sizə vaxt vermək, daha çox ölüm deməkdir!"

654 14.02.2026 18:02 Dünya A A

Ukrayna lideri Volodimir Zelenski Münhendə dünya liderləri qarşısında çıxış edərək, İranın Rusiyaya satdığı silahların Ukrayna üçün yaratdığı təhlükənin miqyasını açıqlayıb.

Musavat.com xəbər verir ki, Zelenski İranla heç bir ərazi mübahisəsi və ya birbaşa münaqişənin olmadığını, lakin Tehranın hərəkətlərinin bu münasibətləri tamamilə məhv etdiyini bildirib.


Zelenski İran istehsalı olan PUA-ların 2026-cı ilə qədər keçdiyi qorxulu yolu təsvir edib:

- Artıq "Şahid"lər reaktiv mühərriklərlə təchiz olunub və daha sürətlə uçur.

- Zelenski iddia edib ki, bu dronlar hədəfi daha dəqiq vurmaq üçün Starlink terminallarından istifadə etməyə başlayıb.

"Dron-ana" modeli: Müasir İran PUA-ları artıq öz daxilində daha kiçik FPV dronlar daşıyaraq onları hədəfə çatdıra bilir.

"İran rejiminə vaxt vermək olmaz"

Zelenski İranın daxilindəki etirazlara və iqtisadi böhrana işarə edərək, beynəlxalq birliyi bu rejimin "sağ qalmasına" imkan verməməyə çağırıb:

"İran rejimi artıq dünyaya bəlkə də son bir əsrdə bir çox digər rejimlərin vura bilmədiyi qədər böyük zərər vurub. Onlara vaxt verdikcə, onlar daha çox insan öldürürlər. Bu rejimin indiki böhrandan sağ çıxmaq ümidləri puç edilməlidir".

Sürpriz görüş: İranda rejim dəyişikliyi anonsu?

Zelenskinin Münhendəki ən diqqətçəkən addımlarından biri İranın mühacirətdə olan vəliəhd şahzadəsi Rza Pəhləvi ilə görüşməsi olub. Musavat.com-un məlumatına görə, görüşdə Zelenski Ukrayna xalqının İran xalqının "mollalar rejimi"nə qarşı mübarizəsini dəstəklədiyini bəyan edib. Bu, Kiyevin Tehranın rəsmi hakimiyyətini legitim tərəfdaş kimi tamamilə sildiyinin göstəricisidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR