İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskiyə yenə sui-qəsd cəhdi-öldürülsə, NƏ OLAR?

691 05.02.2026 12:29 Son xəbər A A

Polşanın Zamost şəhərində yerləşən dairə məhkəməsi respublikanın Müdafiə Nazirliyinin əməkdaşı barəsində işi nəzərdən keçirib. Həmin şəxs casusluqda və Ukrayna prezidenti Volodimir Zelenskinin həyatına sui-qəsdin təşkilində iştirakda şübhəli bilinir.

Bu barədə Polşa xüsusi xidmət orqanlarının koordinatorunun nümayəndəsi Yaçek Dobjinski “X” sosial şəbəkə hesabında məlumat bölüşüb.
Dobjinskinin sözlərinə görə, Hrubeşov şəhərinin 50 yaşlı sakini Polşaya qarşı xarici kəşfiyyatın maraqları naminə fəaliyyət göstərməyə hazır olub.
İddialara əsasən, Pavel K. Rusiya hərbi kəşfiyyat strukturlarına qoşulmaq və kəşfiyyat tapşırıqlarını yerinə yetirmək istədiyini bildirib. Xüsusilə, o, Jeşuv-Yasenka hava limanının fəaliyyəti barədə məlumat ötürməli idi.

Dobjinskinin sözlərinə görə, Pavelin planlarının vaxtında müəyyənləşdirilməsi Zelenskinin həyatına sui-qəsdin qarşısını almağa imkan verib. Digər təfərrüatlar barədə məlumat verilmir.

Bundan əvvəl, Polşanın əks-kəşfiyyat xidmətinin Rusiya kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən müdafiə sektorunda çalışan bir əməkdaşını saxladığı barədə məlumat yayılmışdı. Zelenskıyə indiyədək sui-qəsd cəhdləri olması barədə çox iddialar səslənib. Ukrayna prezidentini öldürməklə nəyə nail olmaq istəyirlər? Əgər bu baş verərsə, nə olar? Məgər hər şey Zelenskidən asılıdır?

Politoloq Oqtay Qasımov Musavat.com-a bildirib ki, Polşada keçirilən sözügedən məhkəmə prosesi ciddi bir hadisəni özündə ehtiva edir. Çünki söhbət bir dövlətin prezidentinin həyatından və həmin dövlətin özünə qarşı atılmış addımdan gedir: “Bir prezidentin həyatın sui-qəsdin təşkil olunması, onun aradan götürülməsi təbii ki, təkcə həmin şəxsin özünə qarşı qəsd deyil, həmçinin rəhbərlik ölkəyə qarşı sui-qəsdir. Nəzərə alsaq ki, Zelenski Ali Baş Komandan kimi Rusiya işğalına qarşı Ukrayn müqavimət hərəkatının rəhbəri kimi fəaliyyətdədir. O baxımdan onun həyatına sui-qəsd, onun aradan götürülməsi Ukrayna müqavimət hərəkatını sındırmaq üçündür. Çünki Zelenskinin aradn götürülməsi Ukrayna üçün çox ciddi neqativ nəticələrə gətirib çıxara bilər. Bir Prezident olaraq Ukrayna dövlətinin taleyində çox şey ondan asılıdır”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR