İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngəzur məsələsində İrandan açıqlama: “Dəhliz yox, marşrut”

4393 27.02.2026 21:31 Ölkə A A

Regionda geniş müzakirələrə səbəb olan Zəngəzur xətti ilə bağlı Tehrandan diqqətçəkən açıqlama gəlib. İranın Ermənistandakı səfiri layihənin mahiyyətinə aydınlıq gətirərək bunun “dəhliz” deyil, “marşrut” olduğunu vurğulayıb.

Musavat.com xəbər verir ki, iranlı diplomat rəsmi Tehranın məsələ ilə bağlı prinsipial mövqeyini açıqlayaraq bildirib ki, əgər söhbət edilən yol bölgədə imkanların genişlənməsinə və sülhə xidmət edəcəksə, İran buna etiraz etmir.

Səfir qeyd edib ki, İran və Ermənistan arasında bu mövzuda qarşılıqlı anlaşma mövcuddur və dialoq konstruktiv məcrada davam edir. Onun sözlərinə görə, əsas məsələ layihənin hansı məqsədlərə xidmət etməsidir.

“Əgər bu yol regionda sabitliyin möhkəmlənməsinə, iqtisadi əlaqələrin genişlənməsinə və sülhün güclənməsinə xidmət edirsə, biz buna qarşı deyilik”, – deyə diplomat bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR