İnsanlara hürriyət, millətlərə istiqlal!

10 azərbaycanlı 38 gün İrəvanda NƏLƏR EDİB? – ŞOK STATİSTİKA, sirlər ÜZƏ ÇIXIR - TV Musavat - Canlı debat

1125 13.05.2026 11:04 Ölkə A A

2026-cı ilin yanvar-mart aylarını əhatə edən dövr ərzində 10 Azərbaycan vətəndaşı turist qismində Ermənistana səfər edib.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın "Pastinfo" nəşri ölkənin Statistika Komitəsinin hesabatlarına istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, sözügedən göstərici rəsmi statistika bazasında əksini tapıb.

Qeyd olunan dövr ərzində baş tutan bu səfərlərin detalları və məqsədləri barədə daha geniş məlumat verilməsə də, rəqəmlər cari ilin ilk rübünə dair statistik mənzərəni formalaşdırıb. Məlumatda qeyd olunub ki, onlar Ermənistanda orta hesabla 38 gün keçiriblər.

2025-ci ildə Azərbaycan vətəndaşları Ermənistana səfər etməyiblər. Bu ilin fevralında isə Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Ermənistana gəliblər. Erməni mediasının yazdığına görə, onlar Ermənistanda 38 gün qalıblar.

Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi analitik Elçin Alıoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/results?search_query=tv+musavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR