Türkiyənin Niğdə şəhərində maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsindən sonra baş verən silahlı insident faciə ilə yekunlaşıb.
Məlumata görə, sərxoş vəziyyətdə olduğu bildirilən keçmiş muhtar (Kənd icra nümayəndəsi) qəza zamanı mübahisə yaşadığı 3 nəfərə atəş açıb. Nəticədə 2 nəfər hadisə yerində həyatını itirib, 1 nəfər isə ağır yaralanıb.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralı xəstəxanaya yerləşdirilib. Şübhəli şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Jurnalistlərin "Peşmansınızmı?" sualına cavab verən keçmiş icra nümayəndəsinin "Peşman deyiləm, qürur duyuram" deməsi isə ictimaiyyətdə ciddi narazılıq və müzakirələrə səbəb olub.
Faktla bağlı araşdırma aparılır./Milli.az/






