Google 2025-ci il üzrə Ukrayna üzrə ən populyar axtarış sorğularının siyahısını yayıb.
Musavat.com xəbər verir ki, reytinqə “işığın sönmə qrafiki” liderlik edir – milyonlarla insan bu məlumatı hər gün axtarıb.
Reytinqin davamında:
2-ci yerdə: “Xolostyak 2025” şousu
3-cü yerdə: “Kalmar oyunu 2” serialı
“Şəxslər” kateqoriyasında lider Aleksandr Usik olub. Ukraynalılar həmçinin aktyor Taras Tsımbalyuku (yeni “Xolostyak”), Yuliya Sviridenkonu və Melaniya Trampı tez-tez axtarıblar.
“Alış-veriş” bölməsində isə Labubu oyuncağı hətta Ukrayna Silahlı Qüvvələri üçün pikapları belə geridə qoyaraq ilin ən böyük trendinə çevrilib.
Musavat.com






