İnsanlara hürriyət, millətlərə istiqlal!

500 avro mükafat: Qatarın birinci sinfinə toyuqları kim qoyub?

1794 18.10.2025 16:10 Maraqlı A A

Almaniyada qəribə hadisə baş verib.

Musavat.com xəbər verir ki, “Deutsche Bahn” şirkətinə məxsus Essen-Köln marşrutu üzrə hərəkət edən elektrik qatarının birinci sinif vaqonunda üç toyuq tapılıb.

Naməlum şəxslər quşlara saman döşəyib, amma özləri izi-tozu çıxmadan yoxa çıxıblar.

Marşrutun son dayanacağında maşinist hadisə barədə polisə və yanğınsöndürənlərə məlumat verib. Toyuqlar heyvan sığınacağına yerləşdiriliblər.

Heyvan haqları təşkilatı PETA bu “zarafat”ı edənlər barədə məlumat verənə 500 avro mükafat vəd edib:

“Toyuqlar hiss edən canlılardır, şübhəli aksiyaların dekorasiyası deyil”.

Polis müşahidə kameralarını araşdırır. Qatar isə dezinfeksiya üçün xətdən çıxarılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR