İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ 75 ölkənin vətəndaşları üçün immiqrasiya vizalarını dayandırır – Azərbaycan da siyahıda FOTO

3000 14.01.2026 22:18 Son xəbər A A

ABŞ administrasiyası immiqrasiya siyasətində növbəti sərt addım atır.

Musavat.com xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, Amerika Birləşmiş Ştatları Dövlət Departamenti 75 ölkənin vətəndaşları üçün immiqrasiya vizalarının verilməsini müvəqqəti olaraq dayandırır və qərar gələn həftədən qüvvəyə minəcək. 

Məlumata əsasən, məhdudiyyətlərin tətbiq olunduğu ölkələr arasında Azərbaycan, Ermənistan və Gürcüstan da yer alır.

Əfqanıstan,
Albaniya,
Əlcəzair,
Antiqua və Barbuda,
Ermənistan,
Azərbaycan,
Baham adaları,
Banqladeş,
Barbados,
Belarus,
Beliz,
Butan,
Bosniya və Herseqovina,
Braziliya,
Myanma (Birma),
Kamboca,
Kamerun,
Kabo-Verde,
Kolumbiya,
Kot-d’İvuar,
Kuba,
Konqo Demokratik Respublikası,
Dominika,
Misir,
Eritreya,
Efiopiya,
Fici,
Qambiya,
Gürcüstan,
Qana,
Qrenada,
Qvatemala,
Qvineya,
Haiti,
İran,
İraq,
Yamayka,
İordaniya,
Qazaxıstan,
Kosovo,
Küveyt,
Qırğızıstan,
Laos,
Livan,
Liberiya,
Liviya,
Şimali Makedoniya,
Moldova,
Monqolustan,
Monteneqro,
Mərakeş,
Nepal,
Nikaraqua,
Nigeriya,
Pakistan,
Konqo Respublikası,
Rusiya,
Ruanda,
Sent-Kits və Nevis,
Sent-Lusiya,
Sent-Vinsent və Qrenadinlər,
Seneqal,
Syerra-Leone,
Somali,
Cənubi Sudan,
Sudan,
Suriya,
Tanzaniya,
Tailand,
Toqo,
Tunis,
Uqanda,
Uruqvay,
Özbəkistan,
Yəmən.

Qərar daimi yaşayış və köç məqsədli immiqrasiya vizalarına şamil olunur; turizm, təhsil və digər qısamüddətli səfərlər üçün nəzərdə tutulan qeyri-immiqrasiya vizaları isə hələlik bu məhdudiyyətlərə daxil deyil.  

c863fcfb-88c4-4c15-9ff4-ce8f3c741959.jpg (77 KB)

Mənbələr bildirir ki, bu addım ABŞ-da immiqrasiya nəzarətinin sərtləşdirilməsi və sosial təminat sisteminə düşən yükün azaldılması məqsədi daşıyır. Qərarın müvəqqəti olduğu bildirilsə də, onun nə vaxta qədər davam edəcəyi açıqlanmayıb.

Qeyd edək ki, siyahıya ümumilikdə 75 ölkə daxildir və onlar müxtəlif regionları əhatə edir. ABŞ Dövlət Departamentinin yaxın günlərdə əlavə detallar və mümkün istisnalarla bağlı açıqlama verəcəyi gözlənilir.

 

Musavat.com

51121ecb-af40-479a-b6ef-7258c7fd979f.jpg (92 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR