İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskovun xanımı Aİ-dən 2 milyon avro tələb edir

295 27.07.2026 17:33 Dünya A A

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşı, fiqurlu konkisürmə üzrə Olimpiya çempionu Tatyana Navka ona qarşı tətbiq edilən sanksiyaların ləğvi tələbi ilə Avropa İttifaqı Məhkəməsinə müraciət edib.

Musavat.com xəbər verir ki, Navka iddiasında Aİ Şurasının onun sanksiya siyahısına daxil edilməsi üçün kifayət qədər əsasının olmadığını bildirir.

O, məhdudiyyətlərin hüquqlarını, o cümlədən ailə həyatına hörmət hüququnu pozduğunu iddia edir.

Peskovun xanımının maliyyə tələbləri isə xüsusilə diqqət çəkir. Navka 134,6 min avro hüquqi xərclərin ödənilməsini və reputasiya və mənəvi zərərə görə azı 1,9 milyon avro təzminat verilməsini istəyir.

Bundan başqa, o, məhkəmə qərarı çıxarılanadək keçən hər gün üçün əlavə 1000 avro və həmin məbləğə faiz hesablanmasını tələb edir.

Avropa İttifaqı Tatyana Navkaya qarşı sanksiyaları 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra tətbiq edib. Sanksiyaların əsaslandırılmasında onun Dmitri Peskovla ailə əlaqələri, həmçinin ilhaq edilmiş Krımda şirkətlərdə paylara və daşınmaz əmlaka sahib olması göstərilib.

Navka Aİ sanksiyalarını məhkəmə yolu ilə ləğv etdirməyə çalışan yeganə tanınmış rusiyalı deyil. Bundan əvvəl Sergey Çemezovun həyat yoldaşı Yekaterina İqnatova, müğənni Polina Qaqarina və bir sıra rusiyalı oliqarxların da məhkəməyə müraciət etdiyi bildirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR