İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Avropa İttifaqı-Hindistan sazişindən məyusdur

627 29.01.2026 10:10 Dünya A A

ABŞ Avropa Birliyinin Hindistanla ticarət müqaviləsi bağlamaq qərarından məyus olub.

Musavat.com xəbər verir ki, bunu CNBC News-a açıqlamasında Maliyyə naziri Skott Bessent deyib:

"Avropa Rusiya sanksiyası altında olan neftdən Hindistanda emal olunmuş məhsulları alır; öz ticarət danışıqlarını apardığı üçün Hindistan mallarına daha yüksək tariflər tətbiq etmək istəmir. Avropalılar bizə qoşulmaq istəmirdilər. Onlar özləri üçün ən yaxşısını etməlidirlər, amma mən avropalılardan məyus oldum".

Qeyd edək ki, yanvarın 27-də Avropa Komissiyası Aİ və Hindistanın sərbəst ticarət sazişi bağladığını elan edib: "Aİ və Hindistan tarixi, iddialı və kommersiya baxımından əhəmiyyətli sərbəst ticarət sazişi üzrə danışıqları uğurla başa çatdırdılar. Bu, indiyə qədər hər hansı bir tərəflə bağlanmış ən böyük belə sazişdir".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR