ABŞ İrana zərbə endirsə, Tehranın əsas hədəfi İsrail olacaq.
Musavat.com xəbər verir ki, bunu İran ali liderinin müşaviri Əli Şamxani "Əl Mayadeen TV"yə verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə, ABŞ-ın təcavüzü halında İsrail ərazisi İran üçün qanuni hədəf olacaq, çünki "onlar birdir": "İsrail və Amerika iki ayrı qurum deyil; onlar birdir".
Şamxani vurğulayıb ki, "əgər Amerika hücum edərsə, əlbəttə ki, İsrail də cəlb olunacaq və bizim cavabımız mütənasib olmalıdır".
Musavat.com






