İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-Danimarka-Qrenlandiya görüşü keçirildi

585 29.01.2026 09:44 Siyasət A A

ABŞ, Danimarka və Qrenlandiyadan olan nümayəndələr "ABŞ-ın Arktika təhlükəsizliyi ilə bağlı narahatlıqlarını" müzakirə etmək üçün görüş keçiriblər.

Musavat.com Danimarka Xarici İşlər Nazirliyinin açıqlamasına istinadən xəbər verir ki, görüş Danimarka, Qrenlandiya və ABŞ-ın yüksək vəzifəli rəsmiləri arasında baş tutub və orada “Krallığın qırmızı xətlərinə hörmətlə yanaşılması şəraitində ABŞ-ın Arktika təhlükəsizliyi ilə bağlı narahatlıqlarını”n necə həll oluna biləcəyi müzakirə edilib.

ABŞ Dövlət Katibi Marko Rubio dünən Senatın Xarici Əlaqələr Komitəsində qanunvericilərə bildirib ki, ABŞ avropalı tərəfdaşları ilə danışıqlar yolu ilə Qrenlandiya məsələsinə qarşılıqlı məqbul bir həll yolu tapa biləcək:

"İnanıram ki, hazırda davam edən prosesin nəticələri bütün tərəfləri məmnun edəcək. Müsbət bir şey baş verəcək".

Eyni zamanda, Rubio Qrenlandiya ilə bağlı məsələlərin həlli üçün "görülməli olan çox işin" olduğunu etiraf edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR