İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-də yeni ŞOK - 2 nəfər güllələndi

447 09.01.2026 16:03 Dünya A A

ABŞ-nin Oreqon ştatının Portland şəhərində Sərhəd Patrul Xidmətinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı iki nəfərin vurulduğu bildirilir.

Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Bu, son günlər federal immiqrasiya xidmətinin fəaliyyəti ilə bağlı qalmaqalın böyüdüyü ikinci insidentdir və şəhər rəhbərliyi artıq federal əməkdaşların şəhəri tərk etməsini tələb edir.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin məlumatına görə, insident cümə axşamı yerli vaxtla saat 14:00 radələrində şəhərin şərq hissəsində baş verib. Nazirlik bildirir ki, saxlanılan avtomobilin sürücüsü əməkdaşların üstünə sürərək onları “vurub keçməyə cəhd edib”.

Yerli polis araşdırma başa çatana qədər təhlükəsizliyin qorunması və gərginliyin azaldılması ilə bağlı çağırış edib.

“Hadisənin araşdırılmasının ilkin mərhələsindəyik. Minneapolisdə baş verən atışmanın yaratdığı emosional fonu anlayırıq, lakin daha çox məlumat əldə edilənədək ictimaiyyəti təmkinli olmağa çağırırıq”, - deyə Portland polis şefi Bob Dey bildirib.

Hadisə Federal Təhqiqat Bürosu (FBI) tərəfindən araşdırılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR