ABŞ vitse-prezidenti Cey Di Vensin Ermənistana səfəri çərçivəsində ölkəyə texnoloji dəstək paketi təqdim olunub.
Musavat.com xəbər verir ki, Nazir Ayrapetyanın açıqlamasına görə, Starlink şirkəti hökumətə 100-dən artıq peyk internet terminalı verib.
Avadanlıqlar əsasən yüksək dağlıq ərazilərdə yerləşən məktəblərə paylanacaq. Məqsəd ucqar yaşayış məntəqələrində internet çatışmazlığını aradan qaldırmaq və təhsil sisteminin rəqəmsallaşmasını sürətləndirməkdir.
Nazir bildirib ki, rabitə xidmətlərinin ilk bir ili də tam ödəniləcək — yəni məktəblər bir müddət pulsuz peyk internetdən istifadə edəcək.
Qeyd olunur ki, Ermənistan 2025-ci il ərzində ümumilikdə 340 ədəd belə cihaz idxal edib və bu proqramın mərhələli şəkildə genişləndirilməsi planlaşdırılır.
Musavat.com






