İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ energetika naziri Venesuelaya GETDİ

260 12.02.2026 11:00 Siyasət A A

ABŞ Energetika naziri Kris Rayt Venesuelaya səfər edərək prezident Delsi Rodrigeslə görüşüb.

Musavat.com xəbər verir ki, naziri Karakasda keçirilən danışıqları yüksək qiymətləndirib:

"Bu gün əla və səmimi danışıqlar apardıq. Bu danışıqlar zamanı qarşıda duran böyük imkanlar, eləcə də birgə həll etmək üçün öhdəlik götürdüyümüz bəzi problemlər və çətinliklər barədə çox açıq danışdıq".

Energetika naziri qeyd edib ki, Venesuela təbii sərvətlərlə zəngindir: neft, təbii qaz və minerallar. O bildirib ki, birlikdə işləməklə "Venesuela xalqı və Amerika Birləşmiş Ştatları xalqı bu il Venesuela nefti, təbii qazı və elektrik enerjisi istehsalında kəskin artıma nail ola bilərlər".

Rayt vurğulayıb ki, mineral istehsalında əhəmiyyətli artım məşğulluq imkanlarını genişləndirəcək, əmək haqqını artıracaq və venesuelalıların həyat keyfiyyətini yaxşılaşdıracaq.

Nazir enerji əməkdaşlığının Venesuelaya, ABŞ-a və Qərb yarımkürəsinə fayda verəcəyinə inanır.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR