İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ ilk zərbəyə hazırlaşır: hədəfdə İranın hərbi və dövlət obyektləri...

819 20.02.2026 01:18 Dünya A A

ABŞ prezidenti Donald Tramp İranı nüvə sazişi üzrə tələbləri qəbul etməyə məcbur etmək üçün ilkin mərhələdə məhdud hərbi zərbə variantını nəzərdən keçirir.

Musavat.com xəbər verir ki, plan genişmiqyaslı müharibə başlatmaq deyil, Tehrana hərbi-siyasi təzyiq göstərmək məqsədi daşıyır.

İlk hücumların bir neçə gün ərzində həyata keçirilə biləcəyi və əsasən hərbi və dövlət obyektlərini hədəf alacağı bildirilir.

Vaşinqton hesab edir ki, bu addım İranı uranın zənginləşdirilməsini dayandırmağa məcbur edə bilər. Lakin Tehran tələbləri qəbul etməzsə, ABŞ daha genişmiqyaslı kampaniyaya keçə bilər.

Həmin ssenaridə artıq rejim obyektlərinə qarşı əməliyyatlar və hətta hakimiyyət dəyişikliyinə yönəlmiş addımların da mümkün olduğu vurğulanır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR