Ağ Ev-dən şok açıqlama: ABŞ İranın hava məkanına nəzarəti...
İran ətrafında gərginliyin sürətlə artdığı bir vaxtda Vaşinqtondan diqqətçəkən açıqlama gəlib. Musavat.com xəbər verir ki, Ağ Evin mətbuat katibi Karolin Livitt jurnalistlərə açıqlamasında ABŞ-nin İranın hava məkanına nəzarəti ələ keçirmək istiqamətində əməliyyatlarda irəliləyiş əldə etdiyini bildirib.
Onun sözlərinə görə, ABŞ rəhbərliyi qarşıya qoyulmuş hərbi məqsədlərə təxminən dörd və ya altı həftə ərzində çatmağı gözləyir.
Livitt vurğulayıb ki, hazırkı əməliyyatların əsas məqsədi İranın gələcəkdə nüvə silahı əldə etməsinin qarşısını qəti şəkildə almaqdır.
“Bu əməliyyatın ümumi missiyası İranın bir daha heç vaxt nüvə silahına sahib ola bilməyəcəyini təmin etməkdir”, – deyə Ağ Evin sözçüsü bildirib.
Musavat.com






