İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İranda hərbi hissəni bombaladı: Ölənlər var

704 15.07.2026 11:58 Dünya A A

ABŞ-nin İranın cənub-şərqindəki İranşəhr bölgəsinə endirdiyi gecə raket zərbələri nəticəsində 7 iranlı hərbçi həlak olub.

Musavat.com xəbər verir ki, bu barədə İran ordusuna istinadən "Fars" agentliyi məlumat yayıb.

Hərbçilərin verdiyi məlumata görə, ABŞ qüvvələri hərbi hissəni, kazarmaları və digər hərbi obyektləri hədəf alan 13 raket buraxıb.

Hücum nəticəsində həlak olanlarla yanaşı yaralıların da olduğu bildirilir. Lakin onların dəqiq sayı və vəziyyəti barədə İran tərəfi hələlik hər hansı bir məlumat açıqlamayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR